Qarabağ” Konfrans Liqasında qrup mərhələsinin ilk turunda “Bazel”i qəbul edəcək.

İsveçrə təmsilçisi ilə oyun öncəsi Ağdam klubu mətbuat konfransı keçirib. Komandanın kapitanı Maksim Medvedev və baş məşqçis Qurban Qurbanov matçla bağlı fikirlərini açıqlayıb. Kapitan komandanda yüksək əhval ruhiyyənin olduğunu və səbirsizliklı oyunu gözlədiklərini bildirib: "Səbrisizliklə bu qarşılaşmanı gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə qazana bilərik. Rəqibi analiz etmişik. Bunun üçün yenə də vaxtımız var".

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qrupdakı ilk oyunda yaxşı çıxış etmək istəyini dilə gətirib. Təcrübəli mütəxəssis futbolçularına  güvəndiyini deyib: "İlk oyuna çıxacağıq. Biz həmişə qrupda oynamağı istəmişik. Bu, tam başqa turnirdir. Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. İnanıram ki, sabah futbolçular ağıllı oyun göstərəcəklər. Bunu onlara güvənərək deyirəm. Belə komanda ilə görüşdə istəkli olmaq çox vacibdir".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.